Kombi ehtiyat hissələri
Son dövrlərdə kombi istilik sistemləri ən təlabatlı məişət texnikaları içərisində ön sıralarda yer almaqdadır. Evlərin, obyektlərin və digər yerləri isidilməsi üçün ən əlverişli texnika kombi olduğu üçün təlabat artmaqdadır.
Bir texnika üçün təlabatın artması bazarda modellərin çoxalması deməkdir ki, bu da kombi aparatının seçilməsi üçün işinizi biraz çətinləşdirəcəkdir.
Hal hazıda sizə kombilərin yox daha çox kombi ehtiyat hissələri haqqında məlumat verməyə çalışacayıq. Bir vacib və əsas məsələni də nəzərinizə çatdırmaq istəyirik ki, kombi seçimi edərkən mütləq şəkildə ehtiyat hissələrinin necə olması barədə məlumat alınmalıdır.
Kombi içərisində müxtəlif ehtiyat hissələri ilə zəngin məişət texnikasıdır. Bu ehtiyat hissələri haqqında az da olsa məlumat vermək istəyirik...
Kombilər ehtiyat hissələri
- Kombi esenjorlarları - kombi içərisində əsas və bahalı olan hissələrdən biri esenjordur. Esenjorlar iki növü vardır. Tək esenjorlu kombilərdə ana esenjordan ibarətdir. Cüt esenjorlu kombilərdə isə iki esenjordan ibarət olmaqdadır. Odluq hissədə olan ana esenjor və aşağı hissədə olan plaka esenjordan ibarət olmaqdadır. Suyun qızma prosesi əsasən burda baş verməkdədir.
- Dövriyə motoru - kombilərdə əsəs hissələrdən olan dövriyə motoru kombidə qızmış suyun dövr etməsi üçün olan detaldır. Demək olar ki, əsas hissələrdən biridir. Orjinal kombilərdə adətən motorlar Wilo və Grundfos olur. Son zamanlarda Çin istehsalı kombilərdə fərqli dövriyə matorları da gəlməkdədir.
- Fan motor - Kombilərdə əsasən bacalı kombilərdə əsas detallardan olan fan motorlar kombi modellərinə uyğun olaraq formaları dəyişməkdədir. Lakin funksiya olaraq fan motorlar kombidə yanmış qazın çölə atılmağı üçündür.
- Qaz valf - kombidə digər əsas ehtiyat hissələrindən biri də qaz valfıdır. Qaz valfı kombidə qazın kombiyə verilib verilməməsi funksiyasını yerinə yetirməkdədir.
- NTC sensor - Kombi ehtiyat hissələrindən olan NTC sensorlar əsasən kombinin dərəcəsini göstərmək üçündür
- Təzyiq dachiklər - Təzyiq dachikləri və ya basınc relesi olaraq da adlanmaqdadır. Balaca olan detal kombidə mühim yer tutmaqdadır. Kombi bildiyimiz kimi öz daxilində müəəyən təzyiq olduqdan sonra işə düşməkdədir. Məhz bu detal da kombidə su təzyiqi olduqda ana karta komanda verərək işə düşməsinə nail olmaqdadır. Bu detal kombidə suyun təzyiqi az olduqda kombinin işləməsini dayandırır ki, bu da kombinin susuz işləməməsi üçündür.
- Doldurma krantları - Yuxarıda qeyd etdiyimiz kimi kombi müəyyən olunmuş su təzyiqi ilə işləməkdədir. Su təzyiqi müəyyən müddət keçdikdən sonra azalmağa başlamaqdadır. Məhz doldurma krantları vasitəsi ilə kombi sisteminə su təzyiqini artırmaq üçün istifadə edilir.
- Akış turbin və şartellər - Kombidə isti su üçün də istifadə edilməkdədir. Məhz bu detal isə kombinin krantdan isti suyu açdıqda kombiyə işləməsi üçün komanda verən detaldır. Bunlar kombilərə görə formaları və növləri dəyişilməkdədir. Funksiya olaraq şalter və turbinlər eyni işi görməkdədir.
- Manometr - Kombidə su təzyiqini görmək üçün manometr istifadə edilməkdədir. Manometrlər kombilərə görə fərqli olmaqdadır. Əsas olaraq kombidə suyun təzyiqi bilmək üçün istifadə edilməkdədir. Bəzi kombilərdə manometr yoxdur. Elektron təzyiq dachikləri vasitəsi ilə suyun təzyiqini kombinin ekranında göstərməkdədir. Bu daha çox son dövrlərdə istehsal olunan kombilərdə olmaqdadır.
- Genişlənmə çənləri - kombidə təzyiqin stabil saxlamaq üçün olan detal genişlənmə çənidir. Bildiyimiz kimi su qızdıqca genişlənməkdədir. Bu da kombidə suyun təzyiqini qalxmasına səbəb olmaqdadır. Məhz genişlənmə çəni sayəsində də kombidə suyun təzyiqini stabil saxlayır.
- 3 yol və iç takımları - Bu detal cüt esenjorlu kombilərdə olmaqdadır. 3 yol mator və iç takımı cüt esenjorlu kombilərdə isti su xətdi ilə radiator xətdini ayırmaq üçün istifadə edilir. İsti suyu açdıqda kombidə radiator xətdini ayırmaqla isti su xətdini açmaq üçündür.
Yuxarıda demək olar ki, kombi içərisində olan bütün detallar haqqında az da olsa məlumat verdik. Kombilərin ehtiyat hissələri fərqli fərqli olmaqdadır. Kombi brendlərinə və ya istehsal illərinə uyğun olaraq fərqli detallar olmaqdadır. Kombi seçərkən daha çox orjinal kombilərə üstünlük verilməlidir. Ona gore ki, zamanla sıradan çıxan detal tapılması rahat olsun...
Bütün növ kombi ehtiyat hissələri üçün müraciət edə bilərsiniz...
İmmergas ehtiyat hisseleri, baykan ehtiyat hisseleri, airfel kombi ehtiyat hisseleri, baymak kombi ehtiyat hisseleri, berger kombi ehtiyat hisseleri, robello kombi ehtiyat hisseleri, kombi ehtiyat hisseleri, termet kombi ehtiyat hisseleri, herman kombi ehtiyat hisseleri, sparta kombi ehtiyat hisseleri, kombilerin ehtiyat hisseleri.