Daxili məhsul
Pars 790 qaz beyni qazla işləyən qazanxana və brülör sistemlərində istifadə olunan alov nəzarət və təhlükəsizlik idarəetmə rölesidir. Bu model qaz farsunkalarının alışma prosesinə nəzarət edir, alovu izləyir və nasazlıq hallarında qaz verilişini dayandıraraq sistemi qoruyur.
Pars Control 790 modeli 3 saniyə təhlükəsizlik gecikməsi (Ts=3s) ilə alovun yaranmasını yoxlayır və alışma baş vermədikdə təhlükəsizlik blokirovkası yaradır. Bu xüsusiyyət qazanxanalarda etibarlı və təhlükəsiz işləmə təmin edir.
Pars 790 alov nəzarət rölesi təhlükəsiz alışmanı təmin edir, qaz sızması və yanma nasazlıqlarının qarşısını alır, qazanxana avadanlığının qorunmasına kömək edir.
