Daxili məhsul
3 Bar Emn, Vintili Vaillant Viessman
Kombidə nə işə yarayır və necə işləyir?
Yayın müqaviməti: Ventil daxilində tam olaraq 3 bar gücünə hesablanmış xüsusi polad yay və möhkəm rezin qapaq (membran) var. Təzyiq normada olanda yay suyu kip saxlayır.
Avtomatik boşalma: Sistemdəki su həddindən artıq genişlənib 3 barı aşanda suyun təzyiqi daxili yayı sıxıb yuxarı qaldırır və artıq su kombinin altındakı axıntı borusundan yerə boşalır.
Təhlükəsizlik baryeri: Əgər bu detal olmasa və ya tutulub açılmasa, 3–4 bar təzyiq kombinin daxili hidravlik blokunu çatladar və ya plastmas hissələri yerindən çıxarar.
Vaillant və Viessmann kombilərində bu ventildən su axmasının əsas səbəbləri
Ventildən suyun gəlməsi iki fərqli vəziyyətdən xəbər verir: ya ventil öz işini görüb kombini xilas edir, ya da ventilin özü xarab olub.
Genişlənmə çəninin (arxadakı hava bakının) havasının qurtarması və ya deşilməsi: Ən çox rast gəlinən haldır. Kombi radiatorları qızdırmağa başlayan kimi su genişlənir, çəndə hava olmadığı üçün genişlənən su birbaşa manometrdə barı 3-ə qaldırır və ventildən su fışqırır. Kombi soyuyanda isə bar sıfıra düşür.
Plitəli (plaka) esenjorun daxildən deşilməsi: Şəbəkədən gələn təzyiqli soyuq su esenjorun içindən radiator xəttinə sızır. Nəticədə kombi sönülü olsa belə təzyiq dayanmadan artır və 3 barı keçib ventildən daimi axır.
Doldurma kranının xarab olması və ya açıq unudulması: Kran kip bağlamayanda təzyiq dayanmadan qalxır və ventil məcburən açılır.
Ventilin ağzına çirk və ərp yığılması: Ventil bir dəfə açılıb suyu boşaldanda sistemdəki pas və ya kirəc qırıntısı rezinin altına düşür. Bundan sonra təzyiq hətta 1 barda olsa belə ventilin ağzı tam yatmır və fasiləsiz damcılayır, nəticədə kombidə su təzyiqi daimi olaraq sıfıra enir.
Orijinal 3 Bar Vaillant və Viessmann əmniyyət ventilləri, genişlənmə çənləri, manometrlər və digər bütün hidravlik ehtiyat hissələrini kombi.az vasitəsilə əldə edə, düzgün diaqnostika və peşəkar usta xidməti üçün birbaşa 055 387 89 89 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.