Kombi təzyiqi tez tez qalxmasının səbəbləri ? Bu yazımızda sizlərə kombi təzyiqinin hansı səbəblərdən qalxdığı haqqında məlumat vermək istəyirik. İlk öncə onu nəzərinizə çatdırım ki, kombi təzyiq normal vəziyyətdə 1 ilə 2 bar arasında olmalıdır. Yəni kombi təzyiq göstəricisi olan manometrdə göstərici 1 ilə 2 bar arasında olmalıdır. Əgər kombi təzyiq bu göstəricilər arasında deyilsə bu kombinin işləməyində problemlər yarada bilər.

Kombi təzyiqi tez tez qalxmasının səbəbləri nələrdi bəs?

Kombi təzyiqinin tez tez qalxması yalnız bir səbəbdən deyil bir neçə səbəb olar bilər. Həmin səbəbləri yazaraq sizlərlə bu məlumatları bölüşmək istəyirəm.

  • Doldurma krantı– Doldurma krantının vəzifəsi kombi təzyiqinin artırmaq və ya azaltmaqdır. Doldurma krantı açıq qaldıqda və ya sıradan çıxdıqda kombi təzyiqi qalxar (ki, bunu manometrin göstəricisindən görmək mümkündür) və kombinizdə su axıntısına səbəb olar. Doldurma krantı sağa istiqamətdə bağlı vəziyətə gətirilməlidir . Əgər doldurma krantı bağlı vəziyyətdədirsə bu krantın sıradan çıxması deməkdir. Bu halda kombi servis əməkdaşlarına müraciət etməlisiniz.
  • Genişlənmə çəni – Genişlənmə çənində havanın olmaması və ya içindəki membranın deşik olması kombi təzyiqi tez tez qalxıb düşməsinə səbəb olar. Bildiyimiz kimi su isindikcə suda genişlənmə gedir . Bu da kombinin içərisində təzyiqin çoxalmasına səbəb olur. Məhz genişlənmə çənin funksiyası budur. Kombi təzyiqi normal vəziyyətdə saxlamaq. Bunun üçün də genişlənmə çənində havanın olmaması kombi təzyiqin tez tez qalxıb düşməsinə səbəb olur. Bu vəziyyətdə genişlənmə çəninə hava vurmaq , bu mümkün olmadıqda isə genişlənmə çənin dəyişilməlidir.
  • Plaka və ya ana esenjor – Əgər kombiniz iki esenjorludursa ikinci esenjor plaka esenjor adlanır. Kombi təzyiqi tez tez qalxmasına səbəb cüt esenjorlu kombilərdə plaka esenjorda, tək esenjorludursa ana esenjorda problem var deməkdir. Bu halda servis əməkdaşlarına müraciət edilməlidir. Bu kimi halların qarşını qabaqcadan almaq istəyirsinizsə vaxtlı-vaxtında kombinizə qulluq göstərməli, ildə bir dəfə kombinizə texniki baxış keçirməlisiniz.

kombi.az olaraq göstərdiyimiz xidmətlər:

  • Kombi satışı (onlayn)
  • Kombi ehtiyat hissələri satışı
  • Kombi təmir xidməti
  • Kombi sistemlərinin çəkilisi
  • Dİgər məişət avadınları- kondisioner, paltaryuyan, qabyuyan, soyuducu, televizor satışı və təmir xidməti

Facebook səhifəmiz : http://facebook.com/kombi.azerbaijan

Əlaqə üçün :

  • 0703878989
  • 0553878989