0 / AZN

(+994 55) 387 89 89

(+994 70) 387 89 89

Mon.- Sat. 08:00-19:00 Geriyə zəng

Kombi təmizləmə aparatlar

Filter Products Showing all 6 results
Бренды
Categories
Güc
İstilik sahəsi
kombi temizleme aparat

Aquamax Evolotion 20

Kombi yuma aparatı- Aquamax Evolotion 20

İtaliya məhsulu

803 AZN
kombi yuma aparatı

Aquamax PROMAX 30

Kombi yuma aparatı- Aquamax PROMAX 30

İtaliya məhsulu

1,053 AZN

Eryil aparat- TTM-01

Eryil kombi yuma aparat

Tip- iki yönlü

İstehsal – Türkiyə

853 AZN
Eryil radiator təmizləmə aparatı

Eryil aparat- TTM-03

Eryil kombi yuma aparat

Tip- tək  yönlü

İstehsal – Türkiyə

602 AZN
Eryil radiator təmizləmə

Eryil aparat- TTM-04

Eryil kombi yuma aparat

Tip- iki yönlü

İstehsal – Türkiyə

652 AZN
Eryil kompressorlu aparat

Eryil TTM-02 (Kompressorlu)

Eryil kombi yuma aparat

Tip- Kompresorlu iki yönlü

İstehsal – Türkiyə

1,605 AZN

Kombi təmizləmə aparatlar

Kombi təmizləmə aparatlar

Kombi ve radiatorların yuyulması üçün aparatların satışı.

Kombi və radiator sistemlərinin yuyulması həm rahatlıq həmdə sərfiyyat  baxımından vacib məsələlərdən biridir. Kombi qazanlarının təmizlənməsi səmərəlilik baxımından çox vacibdir. Kombi təmizləmə aparatları istifadə edərək istilik itkisinin qarşısını almaq mümkündür. Kombi qazan və qurğulardakı vaxta, sistemə, su xüsusiyyətinə, istilik və oksigen mühitinə görə qapalı dövrə istilik sistemlərində əhəng, çöküntü, yosun və çamur yığıla bilər. Radiatorda və qurğuda əhəng, çöküntü və çamur səbəbiylə problemlər meydana gəlir. Çamur və çöküntü vaxt keçdikcə qurğunun dibinə çökür. Bu problem daha çox yerdən istilik sistemlərində yaşanır. Tıxanma nəticəsində istilik itkisi baş verir və qazan daha çox işləyir. Bunlardan əlavə kombi isti su xətlərinin ərplənməsi hallarında evinizə gələn isti suyun təzyiqi azala, normal qaydada isti su verməmə halları ilə də qarşılaşa bilərsiniz. Kombi sistemini və isti su xətlərini ərpdən necə təmizləmək lazım olduğunu sizlərin nəzərinə çatdırmaq istəyirik.

Radiatorların aşağı hissələrinin qızmamasının səbəbi sistemdə su axının normal getmədiyini göstərir. Sistemdə yaranan çirklilik ilə kombi dövriyəsi normal getmədiyindən bu zamanla daha böyük problemlərə yol açmaqdadır.

Kombinin təmizlənməsi zamanı aşağıdakı əməliyyatlar aparılır:

Kombi radiatorların təmizlənməsi prosesinə başlamazdan əvvəl kombi söndürülməlidir. Bu kombinin təhlükəsizliyi üçün edilir.

Kombi söndürüldükdən sonra, su giriş vanaları da bağlanır və iş zamanı kombinin zərər görməməsi üçün edilir. Həmçinin kombidən əlavə bütün radiatorların giriş çıxışları bağlanmalıdır. Sistem yuyularkən radiatorlar bir bir tımizlənməsi vacibdir. Əks halda daha böyük problemlərlə qarşılaşa bilərsiniz.

Pətək təmizlənməsi üçün ideal yer hamam otağı olduğundan dəsmal radiatoru sökülməli və kombi yuma aparatı girişə birləşdirilməlidir. Aparatın bir hortumu dəsmal radiatoruna, digəri isə aparata birləşdirilir. Başqa bir hortum drenaj borusu rolunu oynuyur, dəsmal radiatorunun çıxış klapanına bağlanır və digər ucu isə kanazisayi xətdinə ötürülür. Beləliklə, radiatordan gələn çirkli su ətrafa yayılmadan axıb gedəcəkdir.

Bu mərhələdən sonra kombi yuma aparatı iki xətti sistemin bir giriş bir çıxış xətdinə birləşdirilir. Sistem təzyiqli su ilə yuyulması lazımdır. Təzyiqli su ilə yuyulduqdan sonra radiatorların dibinə çökmüş çöküntülər təmizlənməkdədir.

Kombi radiatorlarının təmizlənməsi prosesinin müddəti evdəki radiatorların sayına və radiatorlardakı kir nisbətinə görə dəyişir. Təmizləmə prosesinin bitdiyinin ən böyük göstəricisi radiatordan gələn suyun təzmiz olaraq gəlməsidir. Bu proses bitdikdən sonra kombi və radiator sisteminin təmiz qalması üçün kombi qoruyucu dərman https://kombi.az/az/product/temizleme-sivisi-essa/ istifadə etməyiniz məsləhət görülməkdədir.