Kombi isti su problemi

Kombidə daha çox rastlanan problemlərdən biridə kombi isti su problemidir . Kombi isti su hansı səbəblərdən gəlmir ? Bu problemi necə həll etmək olar? Hansı hallarda kombi isti su vermez ? kombi servisə müraciət etməmişdən qabaq nə etməli olduğunuzu və bu kimi sullarınıza azda olsa aydınlıq gətirmək istəyirik.

Kombiyə isti su bir çox səbəblərdən gəlməyə bilər. Əgər isti suyunuz gəlmirsə kombi servisə müraciət etməmişdən qabaq bəzi şeyləri yoxlamaq lazımdır. Bəs bunlar nələrdir? İsti su gəlmirsə hətta kombiniz işləmirsə belə servise müraciət etməmişdən qabaq sizin yoxlamaq lazim olduğunuz şeyləri sizlərə çatdırmaq istəyirəm.

Servisə müraciət etməmişdən qabaq diqqət etməli olduğunuz məqamlar.

  • Kombiyə elektrik enerjisi və qazın gəlib-gəlmədiyini yoxlayın. Bunu evinizdə olan digər əşyalar ilə yoxlaya bilərsiniz. Əgər digər əşyalarınıza elektrik cərəyanı gəlirsə problem kombinizdə hətta daha dəqiq desək kombinin platasında problem var deməkdir. Kombinin platası haqqında https://kombi.az/az/kombi-plata/ bu link vasitəsi ilə məlumat əldə edə bilərsiniz. Qaz problemi eyni qaydada yoxladıqdan sonra servisə müraciət etməyiniz daha məqsədə uyğundur.
  • Kombidə təzyiqin yerində olub olmadığını yoxlayın. Normal təzyiq 1 ilə 2 arasında olan təzyiqdir. Əgər kombinizdə manometr 1 bardan aşağıdırsa təzyiqi normal vəziyətə gətirmək lazımdır.
  • Kombinin ekranında xəta kodu verirsə resetlədikdən sonra bir daha yoxlamalısınız. Əgər problem təkrarlanırsa servisə müraciət etməlisiniz.
  • Son olaraq kombinin radiatorları isidib isitmədiyini yoxlaya bilərsiniz. Əgər kombiniz radiator sistemində normal işləyirsə problem isti su ilə əlaqəlidir. Əgər radiatorlarda qızmırsa bu kombinizdə isti su ilə radiatorun ortaq işlədiyi detallarda problemin olması deməkdir.

Yuxarıda saydığım variantları yalnız isti su ilə bağlı yox ümumiyyətlə kombinizdə yaranmış problemi ilkin olaraq özünüz diaqnostika etməyinizə faydalı ola bilər. Bu həm sizin üçün qənaət etməyinizə həm də servis əməkdaşlarının sizin kombiniz üzərində nələr etdiyini daha yaxşı bilmənizə faydalı ola bilər.

Kombi isti su probleminə səbəb ola bir neçə detallar vardır. Təbii ki, ilkin baxış olmadan dəqiq diaqnoz vermək düzgün deyildir. Sadəcə isti suyun gəlməməsinə səbəb olan detalları təxmini olaraq sizləri məlumatlndırıram. Həmin detallar bunlardır:

Kombi isti su problemi nələrdir?

  • NTC sensoru
  • Turbin
  • Su oxuyucu
  • Plaka esenjor
  • Fan çirkliliyi
  • 3 yollu vana motoru və 3 yollu vana mexanizmi
  • 2 esenjorlu kombilərdə pompa yəni dövriyyə motorunda da problem olduqda isti suyun gəlməsində problem yarada bilər.

Servis əməkdaşlarımızın kombidə isti su problemi ilə qarşılaşdığı hallar isə daha çox plaka esenjorun tutulması və su oxuyuca adlanan detalın işlənməməsi olmuşdur. Daha çox bu detalların sradan çıxması ilə rastlaşılmışdır. Bu detalların tez sıradan çıxmasının qarşısını almaq üçün ən azından ildə bir dəfə kombinizə texniki baxış keçirilməlidir.

İsti su tək bir krana gəlmirsə?

Son olaraq çox rastlaşdığımız problemlərdən biri də məhz budur. Əgər evde isti yalnız bir krana gəlirsə, və yaxud birinə gəlib digərlərinə gəlmirsə bu problemi kombidə axtarmaq lazım deyil. Belə bir halla rastlaşdıqda kranlarda və onun xətlərində problem var deməkdir.

Kombi.az olaraq göstərdiyimiz xidmətlər

  • Kombi satışı
  • Kombi ehtiyat hissələri satışı
  • Kombi təmir xidməti
  • Kombi sistemlərinin çəkilişi
  • Həmçinin kondisioner, paltaryuyan, qabyuyan, televizor, soyuducu satışı və təmiri üçün müraciət edə bilərsiniz.

Gördüyümüz işlərə zəmanət verməyimiz gördüyümüz işin keyfiyətindən xəbər verir.

Əlaqə üçün : 070387 8989

055387 8989

Facebook səhifəmiz http://facebook.com/kombi.azerbaijan